Tanınmış jurnalist dünyasını dəyişdi




Tanınmış jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.



Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnarə Dərziyeva məlumat yayıb:

"Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gulməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Gülməmmədov Tofiq Attıxan oğlu 1960-cı il may ayının 9-u anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu