Koronavirus dünya iqtisadiyyatını çökdürə bilər




Çində yaranan və dünyaya yayılan yeni virusun iqtisadiyyata təsirləri göz qarşısındadı: Səhmlər düşür, neft ucuzlaşir, iqtisadi aktivlik azalır.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Dünya istehlak toplumudur, istehlak azalanda istehsal da, tələb də azalmağa başlayır. Çində indi Yeni İl bayramlarıdır, hər il yanvarın sonu, fevralın əvvəlində Çin əhalisi bayramlarda bazarlığa, hədiyyələrə, səfərlərə, təqribən 100 mlrd. dollar pul xərcləyirdi, neft məhsullarının il ərzində pik istehlak dövrü də məhz bayram günlərinə düşürdü. İndi isə Çin şəhərləri xəyalətə dönüb, küçələrdə insan yox, səfərlər yox, daxili turizm yox, kafe-restoranlar boş, dükan-bazarlar alıcısız qalıb. Bu bayram günlərində hər il, təqribən, 10 mln. Çin vətəndaşı xaricə səfər edirdilər, onların bu günlərdə xaricdə xərclədikləri vəsaitin həcmi, təqribən, 15 mlrd. dollar olurdu - indi bu səfərlər də 80% azalıb. Çin hər il dünyaya 2,2 trilyon dollarlıq mal satır, Çin iqtisadiyyatının çalxalanması dünya istehlak bazarına mənfi təsir edir - məhz buna görə neft də, səhmlər də düşür. Ən təhlükəli məqam odur ki, koronavirusun inkubasiya dövrü 10-14 gündür, ona görə də ehtimal olunur ki, bu gün yoluxan xəstələrin sayı elan ediləndən azı 10-15 dəfə çox ola bilər".

********************************************************************************

WordPress Hostinq

7.99 AZN -dən başlayan qiymətlərlə


• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt

Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu