Koronavirus devalvasiyaya səbəb ola bilər... - ŞƏRH




“Koronavirus bildiyiniz kimi Çində başlayıb. Çin isə elə-belə ölkə deyil və ABŞ-dan sonra dünyada ikinci böyük iqtisadiyyata malikdir. Üstəlik, dünyada ən çox məhsul istehlak edən, neft idxal edən ölkədir”.



Bunu AFB-ə açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, bu gün Çində baş verən proseslər birbaşa neftin qiymətinə təsir göstərir: “Təsadüfi deyil ki, ilin əvvəlində brent markalı neftin bir bareli təxminən 66-67 dollar idisə bu gün 51-52 dollara düşüb. Təkcə iki aya hardasa 15-16 dollar ucuzlaşma var. Bizdə bir gündə 700 min barel neft çıxarılır. Bu hesabla biz 1 dollar ucuzlaşmadan biz günə 0,7 milyon, ayda isə hardasa 20 milyon dollar itiririk. Əgər koronavirus problemi həllini tapmazsa, uzunmüddətli qalarsa dünya bazarında böyük problemlərə, neftin qiymətinin daha kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Neftin qiymətinin ucuzlaşması da bizim milli valyuta olan manatın məzənnəsinə neqativ təsir göstərir. Yəni qısa müddətli olsa problem yoxdur. Bu gün hökumət 2015-ci il hadisələrindən nəticə çıxarıb və devalvasiyanın ölkə iqtisadiyyatına nə qədər zərər vurduğunu dəyərləndirə bilir. Mən düşünmürəm ki, asanca devalvasiyaya getsinlər. Maksimum dərəcədə çalışacaqlar ki, manatın kursunu sabit saxlasınlar, devalvasiyaya getməsinlər. Yox əgər problem uzunmüddətli olarsa artıq bu durumu saxlamaq çətin olacaq. Qısaca olaraq qeyd edim ki, koronavirusun manata təsiri onun müddətindən asılıdır. Uzun sürsə manata təzyiq artacaq və devalvasiya gündəmə gələcək”.

Yaranmış durumun Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, ekspertin sözlərinə görə, Çindən gələn məhsulların ölkəyə girişi dayandırılır, bu isə bahalaşmaya səbəb ola bilər: “Biz məcbur olur alternativ bazarlara üz tuturuq ki, bu da bahalaşmaya səbəb ola bilər – həm ərzaq, həm də qeyri-ərzaq məhsulları üzrə”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu