Mərkəzi Bank məlumatları tam açıqlamır - ekspertdən baş bankirə suallar




Mərkəzi Bankın ortamüddətli dövr üzrə son bəyanatında Azərbaycanın beynəlxalq investisiya mövqeyinə dair ümumi məlumatlar açıqlandı.
Məlum oldu ki, Azərbaycanın xarici aktivllərinin həcmi 111 mlrd. dollar, xarici öhdəlikləri isə 54 mlrd. dollardır. Beyənxalq investisiya mövqeynin ümumi saldosunun müsbət olması yaxşı haldır və bu ölkənin xalis debitor (qeyri-rezidentlər qarşısında borclu) olmadığını göstərir.



AFN xəbər verir ki, bunu iqtisaçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, bu statsitikanın BVF-nin metodologiyasına uyğun olaraq 4 institusional subyekt (dövlət idarəetməsi, maliyyə sektoru, biznes sektoru, ev təsərrüfatları) üzrə ayrıca açıqlanması çox önəmlidir: "Çünki təbii resurs ölkələrinin təcrübəsində adətən aktivlərin böyük hissəsi hökumətə, öhdəliklərin əsas hissəsi hökumətdənkənar subyektlərə məxsus olur. Nəticədə isə ümumi rəqəmlər hansısa subyektin iqtisadiyyat üçün riskli olub-olmadığını görməyə imkan vermir. Məsələn, hökumət nə qədər böyük ehtuyatlara, nə qədər az öhdəliklərə sahib olsa da, biznes və maliyyə sektorunun xalis debitor olması iqtdisadiyyat üçün riskləri daima diqqətdə saxlamağı zəruri edir.
Ən azından üzdə olan bəzi məlumatlar əsasında bəzi təxmini rəqəmlər səsləndirmək mümkündür. İlkin məlumatlara görə, hökumətin sərəncamında olan xarici aktivlər 51 mlrd. dollar ətrafındadır. Bunun üzərinə bank sektorunun da 4 mlrd. dollarlıq xaruici aktivlərini əlavə etsək, söhbət 55 mlrd. dollarlıq bir rəqəmdən gedir. Bəs yerdə qalan təxminən 56 mlrd. dollar aktivlər hansı subyektlərə məxsusdur? Onların hansı hissəsi özəl, hansı hissəsi dövlət şirkətlərinə və ya ev təsərrüfatlarına məxsusdur? Yerdə qalan həmin 56 mlrd. dolların hansı hissəsi birbaşa və portfel investisiya fprmasındadır, hansı hissəsi digər investisiyalar (depozitlər, ticarət kreditləri və s.)?
Eyni qaranlıq mənzərə xarici öhdəliklərmizə də aiddir. "Fitch"in son açıqlamasına görə, dövlət zəmanətilə alınan borclar da nəzərə alınsa, hökumətlə birbaşa və dolayı əlaqəli xarici öhdəliklər 24 mlrd. dollara yaxındır və bunlar sırf maliyyə investisiyaları formasındadır. Bunun üzərinə də bank sektorunun 1 mırd. dollar xarici öhdəliyini gəldikdə, yerdə 29 mırd. dollar qalır. Həmin 29 mlrd. dolların hansı hissəsi dövlət və özəl şirkətlərə aiddir, hansı hissəsi Azərbaycana uzun illər ərzində daxil olan portfel və birbaşa invesitisiyaların qalığıdır, hansı hissəsi digər invesitisiya alətlərinə (məsələn, ticarət kreditləri və avanslar) aiddir? Bütün bunlar Mərkəzi Bank tərəfindən açıqlanmır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu