Aydın Mirzəzadənin namizədliyi ləğv edilməlidir - VİDEO+FOTOLAR




ŞƏXSİYYƏTLƏRİN YIĞILMASI, MƏCBURİ GÖRÜŞLƏR, KÜTLƏVİ ETİRAZ



9 fevral tarixində növbədənkənar parlament seçkiləri keçirilir. Artıq 17 yanvardan etibarən təbliğat-təşviqat prosesinə start verilib. Bu proses bütün ölkə üzrə gedir və maraqlı hadisələrlə yadda qalır. Belə ki, insanlar uzun müddət heç bir faydası olmadığı halda mandatı “zəbt” edən deputatlara qarşı açıq şəkildə etiraz edirlər.

Yeni Azərbaycan Partiyası namizədləri arasında isə ən çox narazılıq Aydın Mirzəzadə və Hadı Rəcəbli ilə bağlıdır.

Məsələ burasındadır ki, Aydın Mirzəzadə 20 ildir ki, Mingəçevirin deputatıdır. İnsanların etirazının əsas səbəblərindən biri də Mirzəzadənin 20 ildə 20 problemi həll etməməsi, biganə münasibət, seçicilərdən qaçması, bəzən isə onları qəbul etməməsi, bir çox hallarda isə qəbuldan qovması ilə bağlıdır. Son 10 ildə isə Aydın Mirzəzadə ona telefon vasitəsi ilə müraciət edən seçicilərə “Mən Bakıda otururuam, iş yerim buradır, sözünüz varsa bura gəlin” kimi cavablar verməsi əhali arasında daha çox ciddi qıcıq və etiraz yaradıb.

Məsələ burasındadır ki, Aydın Mirzəzadədən əhalinin bütün zümrəsi ciddi şəkildə narazıdır. Mingəçevirdən olan sosial şəbəkə istifadəçilərinin az qala 95 faizi Aydın Mirzəzadə tərəfindən bloklanıb. Növbədənkənar parlament seçkiləri isə Mingəçevirdə olan ağır, eyni zamanda, çirkin mənzərəni tam çılpaqlığı ilə üzə çıxardı. İş burasındadır ki, ölkədə gedən islahatlar fonunda parlamentin buraxılması əhali arasında rəğbətlə, sevinclə qarşılandı. İnsanların çöhrəsində gələcəyə ümid, inam yarandı. Ancaq...

Mingəçevir şəhər əhalisinin mütləq əksəriyyətinin nifrət bəslədiyi 20 illik deputatın yenidən YAP siyahısından çıxması islahatlara olan inamı, ümidi sarsıtmaq üzrədir. İş burasındadır ki, Aydın Mirzəzadə 17 yanvardan sonra bütün dövlət, xüsusən də, icra tabeliyində olan qurumların rəhbərlərini məcburi şəkildə ona dəstək olmalarını tələb etdi. Bundan sonra bu məcburi görüşlər məktəbləri, baxçaları və digər dövlət qurumlarını əhatə etməyə başladı. Lakin bu proses o qədər də effekt vermədi. Aydın Mirzəzadə çox gözəl başa düşür ki, idarə, müəssisə rəhbərləri məcburi görüşdə, elə məcburi şəkildə “baş üstə” deyirlər. Belə olan təqdirdə şəhər YAP təşkilatını iflic edən Cavanşir Yusibov daha “unikal” metod kəşv edir. Belə ki, bütün dövlət qurumlarına tapşırılır ki, işçilərin şəxsiyyət vəsiqələri yığılsın, hər işçi isə öz qohumlarından, qonşularından 10 şəxsiyyət vəsiqəsi yığsın. Əvvəla bu cinayətdir və birmənalı şəkildə MSK, DİN və DTX bu fakta göz yummamalıdır. “Vəsiqələrin yığılması və sahiblərinə 10 fevralda qaytarılması” planı seçicilərin seçkilərdə iştirakını mümkünsüz edir və saxtalaşdırma üçün münbit şərait yaratmış olur. Bu riskli və cinayət addımı daha sonra siyahılaşdırma və məcburi öhdəlik imzası ilə davam etdirilməyə başladı. Əsasə hədəf kütləsi isə orta, ali və baxça müəllimləri, şəhər mərkəzi xəstəxananın işçiləri seçiliblər.

İş burasındadır ki, bütün bunlar “yuxarıdan gələn tapşırıq” deyil, özfəaliyyətdir və birbaşa cinayət faktıdır. Bundan başqa Aydın Mirzəzadə birbaşa Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən obyektləri (ASAN kompleks, qaçqınlar üçün yaşayış binaları, məktəblər, baxçalar) öz adına çıxarır və açıq şəkildə “bunları mən eləmişəm, azdırsa siyahını artırım” deyir.

Məhz bu və aşağıda təqdim edəcəyimiz foto, videofaktlar Aydın Mirzəadənin nəinki namizədliyinin ləğvinə, eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Əgər cinayət işi açılsa bu prosesdə iştirak edən bütün dövlət qurumu rəhbərləri də vəzifədən azad oluna, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Ancaq real mənzərə artıq bəllidir. Mingəçevir sosial partlayış ərəfəsindədir. Hər kəs başa düşür ki, minlərlə insanın şəxsiyyət vəsiqəsini yığmaqla, “işdən azad oluna bilərsiniz”, “Sizinçün heç də yaxşı olmayacaq” hədə-qorxusu bir işə yaramayacaq. Çünki bu qədər insanın eyni zamanda Aydın Mirzəzadəyə görə işdən azad edilməsi, yumşaq desək absurddur. Görünən odur ki, şəhərin aidiyyatı qurumları real situasiyanı çözüblər: Aydın Mirzəzadəyə öz ailəsindən başqa heç kim səs verməyəcək, Aydın Mirzəzadə seçilsə 20 il olduğu kimi növbəti 5 ili də Bakıda oturub biznesini genişləndirəcək, minlərlə etirazçı insan isə şəhərin aidiyyatı qurumları üçün ciddi problemə və qarşısıalınmaz fəsadlara gətirib çıxaracaqdır. Bir vaxtlar Əli Həsənovun yanında işləyən, onunla birlikdə 2 kitaba həmmüəlliflik edən Mirzəzadə həm YAP, həm şəhər ictimaiyyəti tərəfindən “arzuolunmaz” şəxs elan edilib. Şəhərdə anasının adını daşıyan “Firəngiz”şadlıq sarayının, eyni zamanda 12 onyektin, Bakıda, Elmlər Akademiyasında 2 obyektə, bir neçə mənzilin sahibi olan Aydın Mirzəzadə indi də Mingəçevirdə bacısının adını daşıyacaq şadlıq sarayının inşasına başlayıb. Ona görə seçki prosesində Aydın Mirzəzadənin saxtakarlıqlarına, cinayət əməllərinə ortaq olan bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Bu gün Mingəçevirdə hər kəs özünə bu sualı verir: HEÇ KİMƏ VƏ HEÇ NƏYƏ FAYDASI OLMAYAN AYDIN MİRZƏZADƏYƏ GÖRƏ 105 İNSANIN ÜMİDİ, ETİBARI, İNAMI, QÜRURU SINDIRILACAQMI?

Aydın Mirzəzadənin namizədliyinin ləğvini labüd edən foto və video faktları təqdim edirik:












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu