DSK sədri Aydın Mirzəzadəni 30 min manat rüşvət müqabilində seçib - HƏBS OLUNA BİLƏR




9 fevral tarixində Azərbaycanda növbəti parlament seçkiləri baş tutub. Ölkədə baş verən ictimai-siyasi proseslərin fonunda parlamentin buraxılması xalq üçün mühüm yeniliklər vəd edirdi. Bu mühüm hadisə təkcə ölkə daxilində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmış, diqqətlə izlənirdi. Lakin bəzi dairələrdə elə təbliğat dönəmində ciddi problemlər yaşandı. Xalq bir neçə deputatla bağlı ortaya mövqe qoydu, istəklərini açıq ifadə etdi.



YAP namizədləri arasında isə ən çox Aydın Mirzəzadə və Hadı Rəcəbli əhali tərəfindən təhqir olunaraq qovuldu. Aydın Mirzəzadədə isə vəziyyət daha faicəli və acınacaqlı idi.

20 ildir Mingəçevirdən deputat olan A.Mirzəzadəni şəhər əhalisi yararsız adam kimi tanıyırlar. Bundan başqa o, bir neçə iş adamını aldadaraq pulunu mənimsəyib. Əhali arasında nüfuzu olmayan bir insanın deputat seçilməsi ancaq rüşvət müqabilində mümkün ola bilərdi. Tanınmış jurnlist Elçin Həsənzadənin sosial şəbəkə yazdıqlarından aydın olur ki, 47 Saylı DSK-nın sədri Oktay Məmmədov bu 'ləyaqətsiz' missiyanı öz üzərinə götürərək həm cinayətə imza atır, həm də ölkə başçısının siyasətini, nüfuzu şəhər əhalisi arasında heçə endirmiş olur. Məlumata görə DSK sədri Oktay Məmmədov Mirzəzadədən 2 çayxana yeri və 30 min manat rüşvət alır və missiyasını yerinə yetirir. Bundan başqa 47 Saylı Dairə Seçki Komissiyasının sədri Zabul Əmrahov da seçkiöncəsi öz payını alıb. Z.Əmrahov da bu 'missiyanı' yerinə yetirir və Aydın Mirzəzadədən 15 min manat rüşvət alır. Digər məntəqələrdən isə yalnız maxinasiya edənlər öz mükafatını alır. Bütövlükdə 20-yə yaxın məntəqə sədri və üzvü bu prosesdə ənənəvi “şirinliklərini” almadıqları da dəqiq məlumatlar arasındadır. Bütün bunlar dəqiq məlumatlar oıduğundan DSK sədrinin və katibinin həbs olunacağı, nəticələrin isə ləğv olunacağı ehtimallarını artırmış olur. Oktay Məmmədovun kimliyi, övladlarının hansı vəzifədə çalışması barədə isə növbəti yazımızda geniş yazı dərc ediləckdir. Ümumilikdə isə seçki pozuntuları 9, 10, 15, 17, 21, 24, 25 saylı məntəqələrdə qeydə alınıb. Bu pozuntuları sübut edən videolar artıq sosial şəbəkələrdə yayılıb.

Azpolitika.info yazır: “Görünür, dəflərlə deputat olmuş A.Mirzəzadəyə olan münasibət seçki günü də öz sözünü deyib. Belə ki, A.Mirzəzadə seçkiyə gələnlərin cəmi 30 faizinin səsini toplaya bilib. Bu, YAP-dan deputat seçilənlər arasında ən aşağı göstəricidir.

Təbii ki, bu dairədə də pozuntuların olduğuna dair iddialar var. Ancaq bununla belə, A.Mirzəzadəyə 30 faizdən artıq səs toplamaq mümkün olmayıb.

MSK-nın açıqladığı nəticələrdən belə aydın olur ki, A.Mirzəzadəyə 30 məntəqədən cəmi 2550 səs yığılıb. Elə məntəqə var ki, A.Mirzəzadəyə cəmi 11 səs verilib.

Onun rəqibi olan Səbuhi Abbasov isə 1774 səs toplayıb ki, bu da A.Mirzəzadədən fərqli olaraq, həmin namizədin YAP-ın və icra orqanlarının inzibati resurslarından istifadə etmədən əldə etdiyi kifayət qədər yüksək nəticədir.

Qeyd edək ki, 34 yaşlı S.Abbasov Azərbaycan – Slavyan Gəncləri Assosiasiyası adlı Qeyri-Hökumət Təşkilatının sədridir.

Mövzunu davam etdirəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu