Suriyada 172 sərnişinin olduğu təyyarə təhlükəli anlar yaşayıb




Suriyanın hava məkanından istifadə edən və göyərtəsində 172 sərnişin olan mülki təyyarə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, cümə axşamı gecə saat 2-dən sonra təyyarə Suriyanın hava məkanına girmədən İsrailin dörd ədəd "F-16" qırıcısı Dəməşqin ətrafına 8 raket atıb.

Suriya hökumət qoşunları İsrail hücumunun qarşısını almaq üçün zenit-raket müdafiə sistemlərindən fəal istifadə edib.

Təhlükəli ərazidə olan “Airbus-320” təyyarəsi Dəməşq hava limanı əvəzinə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib.Baku.ws



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu