35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilib




Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və salahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.



Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqəiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib: “3 və saylı məntəqə seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib. (“Report”)

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.



Hazırda iclas davam edir.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib. ("Report")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu