Sevinc Fətəliyevanın dairəsində nəticələr etibarsız sayıldı - YENİLƏNİB




Samirə Rəfullayeva iclasda çıxış edərək bildirib ki, 30 saylı dairədə məntəqələrdə heç bir namizədə protokol verilməyib: “Dedilər ki, saat 12-də gəlib DSK-dan götürərsiz. Protokolların verilməməsi 1 saylı məntəqədə də olub".



MSK sədri namizədin şikayət etdiyi 1 saylı məntəqədəki videogörüntüyə iclasda yenidən baxılmasını istəyib. Videogörüntüdən sonra M. Pənahov bildirib ki, 1 saylı məntəqənin də nəticələri etibarsız hesab edilsin. Beləliklə, ləğv edilən məntəqələrin sayı 5-ə çatıb.

***

30 saylı Suraxanı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin də nəticələri videogörüntüyə baxıldıqdan sonra səsə qoyulub və etiibarsız sayılıb



Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki məntəqələrində qanun pozuntusu olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntəqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.



Müraciət araşdırılması üçün DSK-ya göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu