79 saylı İmişli Seçki dairəsində 5 məntəqədə səsvermənin nəticələri ləğv edilib - YENİLƏNİB





Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli Seçki dairəsindən namizədlər Hüseynli İlqar, Fərzəliyev Muradın və Əkbərli İltizam şikayətinə baxılıb.



MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən 1 əsasda birləşdirilib: “Müraciətlərdə çoxlu sayda videogörünü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı hər iki namizəd MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırmanı aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Fərzəliyev Murad isə 43 seçki məntəqəsindən 37-dən protokolları əldə edə bilib. F. Murad şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb. 14, 16, 21, 23, 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib.

MSK 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.(APA)

***

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.



Məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nətciəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillər təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”. İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.(Report)

****

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.



Qaynarinfo xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu