Kartof vermək adı ilə qadını evinə çağırıb zorladı
Türkiyənin Ərzurum şəhərində kartof satıcısı alıcıya təcavüz edib.
“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, 41 yaşlı Dəmir Ç. 39 yaşlı L.G.-ni kartof satmaq adı ilə evinə çağırıb.
Dəmir Ç. qadının qapısını döyərək, ərinin dostu olduğunu deyib və evindən onlara çatacaq kartofu aparmasını istəyib. O, L.G-ya ərinin bundan xəbərdar olduğunu da bildirib.
Onlar birlikdə Dəmir Ç.-nin evinə gediblər, içəri girən kimi kişi qapını bağlayıb və qadına təcavüz edib.
Qadın hadisəni ərinə danışıb, onlar xəstəxanaya gedib, qadının təcavüzə uğraması barədə arayış alıb, daha sonra polisə gedərək şikayət ediblər. Polis Dəmir Ç.-ni tutub.
Məhkəmə prosesində Dəmir Ç. ittihamları qəbul etməyib.
Onun barəsində 12 il 6 ay həbs qərarı verilib.//oxu.az