Azərbaycanda ailələr ən çox bu səbəblərdən dağılır - SİYAHI




Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində nikahın xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəblərdən pozulduğunu qeyd ediblər.

Xatırladaq ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu