ƏƏSMN 8 saatlıq iş günü ilə bağlı sosial çarx hazırlayıb - VİDEO
Əmək qanunvericiliyinə əsasən gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.
AFN bu mövzuda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimai maarifləndirmə tədbirləri çərçivəsində hazırlanmış videoçarxı təqdim edir: