Rusiyada yanğında dördü uşaq olmaqla, 7 nəfər ölüb
Bu gün səhər Rusiyanın İrkutsk vilayətində yerləşən ikimərtəbəli yaşayış evində yanğın baş verib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın İrkutsk vilayətinin Ust-Uda kəndində qeydə alınıb.
Hadisə nəticəsində 7 nəfər tüstüdən zəhərlənərək ölüb, onlardan dördü uşaqdır.
Yanğının baş verməsinə qısaqapanmanın səbəb olduğu bildirilib.