Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü
Gəncə şəhərində dörd yaşlı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında vəfat edib.
AFN “qafqazinfo”ya istinadən xəbər verir ki, Samux rayonunun Füzuli kəndində yaşayan, 2016-cı il təvəllüdlü Verdiyev Siracəddin martın 11-də sözügedən xəstəxanaya yerləşdirilib.
Ona “meninqosenofolit” diaqnozu qoyulub, martın 19-da beyin ödəmindən həmin xəstəxanada ölüb.