Gürcüstan XİN Azərbaycana təşəkkür edib




Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.

"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu