Zaur Baxşəliyevdən Mübariz Mənsimova dəstək: Xəstə uşaqlara çox böyük dəstək olub!




Aparıcı Zaur Baxşəliyev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib...



Aparıcı rəsmi instagram səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib: "Şəxsən tanışlığım yoxdur Mübariz Mənsimovla, ancaq bu illər ərzində studiyamızda ehtiyacı olan bir çox xəstə uşaqlara çox böyük dəstək olub! Bunu heç vaxt unuda bilmərəm! Allah qapılarını açsın, Allah tezliklə balalarına, ailəsinə qovuşdursun! Balaca Muradımızın ilk dəfə Almaniyaya gedişini, ürək xəstəsi olan balalarımızın əməliyyatının ödəmələrini etdi Mübariz Mənsimov Allah bu yaxşılıqlarınızı ovsanata salsın, savabınıza yazsın ! Allah tezliklə sevdiklərinizə qovuşdursun ! Amin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu