İraqda 2 türk əsgəri həlak oldu, yaralılar var
PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri həlak olub.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.
Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.