“WorldTelecom”un möhlət yalanı: Şəbəkə müştərilər arasında ayrı-seçkilik salır




Son günlərin müzakirə mövzularından biri bankların, mağazaların kreditlər üzrə öz müştərilərinə möhlət verməsidir. Koronavirusa görə bir çox iş yerlərinin müvəqqəti bağlanması, əhalinin ödəniş qabiliyyətinin aşağı düşməsi səbəbindən bəzi mağazalar bu addımı atıblar.



AFN xəbər verir ki, “KontaktHome”, “İrşadTelecom”, “WorldTelecom” ilk belə addımı atanlardandır. Lakin təəssüflə qeyd edək ki, bu mağazaların heç də hamısı verdiyi vədə əməl etmir. Belə ki, tanınmış PR mütəxəssisi Xəyal Azəroğlu “WorldTelecom”un ona aprel ayı üzrə olan kredit borcunu məcburi ödətdirdiyini deyib: “World Telecom dirəşdi və bu gün mənə krediti ödətdirdi. Halbuki, rəsmi səhifələrində kredit ödənişlərini 1 aylıq dondurduqlarını bəyan etmişdilər. Martın 29-dan aprelin 20-nə qədər möhlət verildiyini bildirsələr də, aprelin 3-də vaxtı olan ödənişi etməyə məcbur etdilər”.
Maraqlıdır ki, araşdırmalarımız zamanı digər mağazalarda da bu kimi halların olması aşkarlandı. Belə ki, “Optimal” mağazalar şəbəkəsində də eyni hal baş verib. Müştərinin hətta xırda məbləğdə qalıq borcu da ödətdirilib.
“WorldTelecom”dan AFN-ə bildirildi ki, elan edilən möhlət daxili kreditlərə aiddir: “Əgər müştəri daxili kredit götürübsə, ödənişi mağazalarımızda edirsə həmin ödənişlər dayandırılıb. Yox əgər kredit banklar vasitəsilə verilibsə, ödəniş terminallar vasitəsilə edilirsə, həmin ödənişlərə möhlət yoxdur”. Çox maraqlıdır ki, “WorldTelecom”un elanında bu məqam əksini tapmayıb. Bu da mağazalar şəbəkəsinin öz fəaliyyətində aldadıcı reklamdan istifadə etməsi kimi dəyərləndirilə bilər.
“İrşad Telecom” və “Bakuelektronics”də şərtləri öyrənmək üçün qaynar xətlərinə zəng etsək də, cavab verilmədi. “KontaktHome”dan isə bütün kreditlərə möhlət verildiyi bildirildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu