Gürcüstanda şəhər meri istefa verdi




Gürcüstanın Kutaisi şəhərinin meri Giorgi Çiqvaria tutduğu vəzifədən ayrılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

G.Çiqvaria siyasətdən getməyə qərar verdiyini bildirib: “Səlahiyyət müddətimin başa çatmamasına baxmayaraq, vəzifəmi tərk etməyə qərar verdim. Lakin mən şəhərdə qalıram və onun qayğısını çəkəcəyəm”.

Qeyd edək ki, G.Çiqvaria 2017-ci ilin noyabrında Kutaisinin meri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu