Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-a çatdı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə AFN-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.