Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi




Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yaşayan 1990-cı il təvəllüdlü Cabbarlı Şəfiqə Xaliq qızı həyat yoldaşı tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş və bədənin müxtəlif dərəcəli travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu