Ermənistanda koronavirusdan ölənlərin dəqiq sayı məlum deyil




“Ermənistanda koronavirusdan ölənlərin sayı 30 yox, 28 nəfərdir”.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində yazıb.

“Son 2 qurbanın ölümünün səbəbi səhvən koronavirus kimi qeydə alınıb. Əslində, onlar başqa xəstəliklərdən ölüblər”, - mətbuat katibi deyib.

Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin rəsmi sayı 30-dan 28-ə düşüb.

Qeyd edək ki, ölkədə virusa yoluxma halları 1932 nəfərdə qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu