Bakıda evdə 33 yaşlı qadının meyiti tapıldı
Bakıda ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 21 ünvanında qeydə alınıb.
Belə ki, həmin mənzildə kirayədə yaşayan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Elina Mamedovanın meyiti tapılıb.
Onun ölümünün səbəbləri araşdırılır.