Gürcüstanda koronavirusa qarşı 4 dərman sınaqdan keçiriləcək




Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı 4 medikamentlə bağlı tədqiqatlarında iştirak edir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, virusoloq Tengiz Tsertsvadze “IPN” agentliyinə müshibəsində bildirib.

O deyib ki, Gürcüstan araşdırmalarda iştirakla bağlı təklifi ÜST-dən alıb.

Virusoloq qeyd edib ki, ölkədə 4 dərmanla bağlı sınaqlar 7 klinikada aparılacaq: “Pasiyentlərin araşdırmalara cəlb olunması könüllü əsaslarla olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu