Özümüzdə bu işi bacaran ekspertlər ola-ola... - "McKenzie" ilə əməkdaşlığa etiraz




Hökumət "McKenzie" şirkətilə daha bir əməkdaşlığa başlayıb. Prezident İlham Əliyevin martda verdiyi sərəncama görə, yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliliyini ölçən sistem qurulmalıdır, "McKenzie" bu işdə hökumətə məsləhətlər verir.



AFN xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev bu işin başqa şirkətə gördürülməsinə etiraz edib. Onun sözlərinə görə, yerli vətəndaş cəmiyyəti ekspertlərinin də belə səmərəlilik indikatorları hazırlamaq sahəsində bilik və təcrübəsi var: "Lakin hazırda ölkəni idarə edən komanda heç vaxt müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib. Ekspert qrupumuz dövlət qurumlarının fəaiyyətinin səmərəliliyini qiymətləndirmək üçün son 9 ildə 2 siyasət sənədi hazırlayıb: 2011-ci ildə hökumətin aqrar siyasətinin, 2016-cı ildə isə regioanal inkişafla bağlı siyasətin nəticələrini qiymətləndirmək üçün göstəricilər sistemi hazırladı. Onsuz da nəticə əsaslı büdcə mexanizminə keçid baş verdiyi halda, bütün qurumların fəaliyyətini ölçən indikatorlar sisteminin formalaşdırılması mütləq baş verəcək. Lakin indiki stiuasiyada yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalı, icra hakimiyyətlərinin fəaliyyətini ölçən göstəciilər sistemi bölgə inkişafını müəyyən edən indikatorlara nəzərən hazırlanmalıdır. İldə bir dəfə isə həmin göstəricilər əsasında bölgələrin inkişaf və səmərəlilik reytinqi hazırlanmalıdır. Tutaq ki, son 10-luqda olan autsayder rayonlarda idarçilər dərhal vəzifəsindən getməlidir.
Hərçənd ki, yerlərdə hakimiyyətin seçkili təsisatlara verilməsinin qatı tərəfədarı olaraq yerli icra hakimiyyətləri üçün belə bir təklifi də gərək verməyəsən. Amma idarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə sistemi də dediyim ardıcıllıqla qurulmalıdır. Öz növbəsində, təklif olunan sistem istər təyinatlı, istərsə də seçkili bölgə idarəçiliyi üçün eyni dərəcədə keçərlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu