200 min manatı büdcədən "hopp" edib udan "smart idarəetmə"nin örnəkləri


2 il əvvəl dövlət başçısının sərəncamı ilə kəndimizin (Beyləqanda) ətrafında 3 artezianı vurlub. Deyilənə görə, həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, sakinlər quyunu görsə də, suyunu görən olmayıb: "Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə ordan faydalana bilmir. Çox keçməz, bu cür "smart idarəetmə"nin nəticələri "smart kəndlər"imizdə də görünər. Yeri gəlmişkən, yerli icra hakimiyyətləri heç, insanlar onlardan onsuz da əllərini üzübülər. Belə görünür ki, heç Prezident Aparatında da o binadan çıxan sərəncamların nəticələri izlənmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu