DİN it döyüşdürənlərin fotosunu yaydı




Azərbaycanda it döyüşləri təşkil edərək itləri bir-birinə yedirdənlərin həbsdən fotosu yayılıb.

AFN-in məlumatına görə, fotonu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Xatırladaq ki, döyüşlərin təşkilatçılarından biri – Mətləb Əliyevdən metamfitamin götürüldüyü üçün narkotik satışında təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər 3 nəfər Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev isə polisə tabe olmadıqları üçün 15 sutka inzibati qaydada həbs ediliblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu