Aqil Acalov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib




Gənc ictimai xadim Aqil Acalov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.



Aqil Acalov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ünvanladığı təbrikdə yazır:

"Uşaqlar - sabahımız və gələcəyimizdir... Hər birimiz sabahımıza böyük ümidlərlə yanaşır, böyük arzular qururuq. Ümidlərimizin doğrulması və gələcəyimizin parlaq olması üçün ilk öncə özümüzdən, daha dəqiq desək, uşaqlarla ünsiyyətimiz, onlara qayğımızdan başlamalıyıq. Çünki hər zaman deyildiyi kimi uşaqlar deyilənə qulaq asıb əmək etməkdən çox, gördüklərini təkrarlayırlar.
Vətənimizin hər bir övladı bizim hər birimizin övladıdır. Onlara milli mənəvi dəyərlərimizin aşılanması, dünya görüşlərinin artırılması, yüksək insani keyfiyyətlərin təlqin olunması yerinə yetirilməsi vacib olan amillərdir.

Sağlam gələcək üçün bugün sahib olduğumuz ən zərif və ən qiymətli sərvət uşaqlardır. Sağlamlıq dedikdə həm fiziki, həm mənəvi sağlamlıq üçün çalışmaq gərəkdir. Sözsüz ki, uşaqlar arasında fiziki və ya əqli məhdudiyyəti olanlar var, lakin onlar heç zaman cəmiyyətdən təcrid olunmamalı və sahib olduqları digər potensiallar üzə çıxarılaraq cəmiyyətə inteqrasiyaları üçün şərait yaradılmalıdır.
Sözsüz ki, bugün dövlətimiz uşaqların inkişafı və qorunması üçün lazımi bütün tədbirləri görür. Lakin biz vətəndaşlar da hər birimiz öz mövqeyimizi fərdi şəkildə ortaya qoymalı, bu işdə dövlət başçısı və onun yeritdiyi siyasət ətrafında sıx birləşməli, qayğıya və sevgiyə hamıdan çox ehtiyacı olan uşaqlar üçün tutarlı işlərə imza atmalıyıq.

Bu gün yetişməkdə olan uşaqlar hər biri öz yaş dövrünə uyğun şəkildə hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır.
Sabah həyata sağlam və əmin addımlarla bağlanan bir gənc kimi formalaşmaları üçün bugün biz uşaqlarımıza sağlam əqidəyə, vətənpərvər ruha, ümumbəşəri dəyərlərə köklənməyə əsaslanan bünövrə qoymalıyıq.

Uşaqları qoruyaq və doğru yetişdirmək üçün əlimizdən gələni əsirgəməyək ki, sabaha ümidlərimiz və parlaq gələcəyə inamımız daha əmin olsun.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və şəxsim adına ən qiymətli sərvətimiz olan balalarımızı və valideynləri təbrik edir, daim inkişafda olan Azərbaycanın övladlarımıza bağlı gələcəyinin ümid dolu və işıqlı olmasını diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu