Türkiyədə hərbi avtomobil qəzaya uğradı, ölənlər və xəsarət alanlar var




Türkiyədə ağır yol qəzası baş verib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Siirtdə, Doğanköy ərazisində qeydə alınıb. Belə ki, əsgərləri daşıyan zirehli avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 8 əsgər xəsarət alıb. Yaralılar helikopterlərlə Siirt Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd edilir ki, xəsarət alanlardan ikisi xəstəxanada vəfat edib. Digər yaralıların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu