Ata avtomobili aşırdı, oğlu öldü




Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.

Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.

Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu