Son 4 ildə ilk dəfə xarici ticarət balansında kəsir qeydə alındı - ekspert




"Son 4 ildə ilk dəfə xarici ticarət balansında kəsir qeydə alınıb”.



Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, ümumən götürdükdə xarici ticarət dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə azalma olub:

"Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, may ayında idxalın ($782,5 milyon) ixracı ($665,5 milyon) üstələməsi səbəbindən $117 milyonluq kəsir yaranıb. Son dəfə 2016-cı ilin oktyabr ayında mənfi saldo ($112,6 milyon) yaranmışdı. Buna baxmayaraq, cari ilin 5 ayı ərzində ticarət balansında müsbət saldo ($2,8 milyard) qorunub. Ötən ilin analoji dövründə də profisitin həcmi bu qədər idi. Ancaq 2018-ci ildə daha yüksək - $3,5 milyard olub. Ümumən götürdükdə xarici ticarət dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə azalma olub”.

Samir Əliyev qeyd edib ki, ixracın həcmi 19% azalıb:

"Azalma təkcə neftin ucuzlaşmasına görə deyil, həmçinin qeyri-neft ixracının azalması ilə bağlıdır. Məsələn, meyvə-tərəvəz ixracı miqdar baxımdan 10%, şəkər 12,7%, pambıq lifi 24,3%, pambıq ipliyi 18,8%, qara metallar və ondan hazırlanan məmulatlar 42,2%, alüminium 5,7% azalıb. İdxal isə azalma daha çox - 28,9% olub. Ancaq buna baxmayaraq, əsas strateji məhsulların idxalında əhəmiyyətli artım olub. Bunun səbəbi karantin müddətində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olub. Məsələn, ət məhsulları 11,2%, süd 36,2%, süddən hazırlanmış yağlar 32,5%, çay 5,2%, düyü 38,6% artıb. Buğda idxalı 38% azalıb. Əczaçılıq məhsulları isə 67,3% artıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu