Türkiyədə güclü zəlzələ - Dağıntı və itkilər barədə məlumat verilmir
Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.
AFN xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb.
Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilmir.