Türkiyədə güclü zəlzələ baş verdi




Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.



Zəlzələnin episentri yerin 12 kilometr dərinliyində yerləşib. Bəzi dairələr yeraltı təkanların gücünün 4,9 bal olduğunu açıqlayıb. Məlumata görə, yeraltı təkanlar Bursa və İzmir şəhərlərində də hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Türkiyədə son günlər çox sayda güclü zəlzələ baş verib. (Publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu