Filarmoniya və kinostudiyada vergidənyayınma halları aşkarlanıb




Hesablama Palatası Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma halları aşkar edib.



AFN xəbər verir ki, bu, Palatanın Filarmoniyada apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, mədəniyyət ocağı 2017-2018-ci illərə aid maliyyə hesabatlarında xərclərini müvafiq olaraq 59 759 manat və 64 259 manat artıq göstərib. Son nəticədə qurum dövlət büdcəsinə mənfəət vergisi kimi müvafiq olaraq 11 952 manat və 12 848 manat az ödəniş edib.

Bundan başqa, Palata Nazirliyin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının da 2017-ci ildə 2 760 manat, 2018-ci ildə isə 14 580,0 manat az mənfəət vergisi ödədiyini üzə çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu