Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü - FOTO




Azərbaycan idmanına itki üz verib.



AFN "Report"a istinadla xəbər verir ki, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülalıyev vəfat edib.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.

Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu