Qaz xəttini çəkən şirkət Hövsanda magistral su xəttinin zədələdi




Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.



"Azərsu"dan AFN-ə verilən məlumatda bildirilir ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu