Bakıda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO
Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.
AFN APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektindəki yolötürücü tuneldə qeydə alınıb.
90-MK-300 dövlət qeydiyyat nişanlı, 1986-cı il təvəllüdlü Səmədzadə Adil Tofiq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırmalar aparılır.
[media=https://youtu.be/V4yGuyJFx9k]