KTMT-nin təcili iclası təxirə salındı - YENİLƏNİB




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası təxirə salınıb.




Qaynarinfo xəbər verir ki, bu barədə Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlama verib:

"İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbi ilə ertələnib.

***

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclas keçirəcək.

Bunu təşkilatın mətbuata katibi Vladimir Zeynəddinov deyib. Onun sözlərinə görə, bu gün baş tutacaq iclasın keçirilməsi təşəbbüsünü baş katib Stanislav Zasa irəli sürüb.

Post-məclis videokonfrans şəklində baş tutacaq.

Qeyd edək ki, ötən gündən Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətindən atəşkəsi pozub, nəticədə 4 hərbçimiz şəhid olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu