İTV-nin koronavirusa yoluxan böyük redaktorunun səhhətində dəyişiklik yoxdur




İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır-sabit olaraq qalır.



Bu barədə AFN-ə İTV-dən bildirilib.

Hazırda Ə.Fəqanoğlunun müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam etdirilir və süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Səhhətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, o, iyulun 18-dən klinikaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu