Qurban bayramı ərəfəsində koronavirus təhlükəsi - BUNLARI ETMƏYİN




Kürdəmir rayonunun Pirili kəndinin 31 sakini koronavirus infeksiyasına yoluxub. Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.



İnsanların Qurban bayramı ilə əlaqədar rayonlara və kəndlərə getməsi virusa yoluxanların sayının artmasına səbəb ola bilərmi?

AFN xəbər verir ki, bununla bağlı baş infeksionist Cəlal İsayev Sonxeber.az-a açıqlama verib.

Baş infeksionist bildirib ki, kəndlərdə bir-iki nəfər virus daşıyıcısının olması, digər kənd sakinlərinin də virusa yoluxmasına səbəb olur. Eyni zamanda virus daşıyıcısı bilmədən evdəki yaxın insanları,qohumları yoluxdura bilir. Bu da kənd yerində kütləvi yoluxmalara gətirib çıxardır.

Bu gün epidomoloji situatsiya bayram vaxtı rayonlara, kəndlərə getməyə imkan vermir. Çunki hələ də bizdə yoluxma faktları yüksəkdir. Bu epidemolji vəziyyət gərgin olaraq qalmasına baxmayaraq, müəyyən stabillik də var. Son vaxtlar sağlam insanların sayı yoluxanlardan çoxdur. Ancaq yenə də yoluxma yüksək səviyyədə qalmaqda davam edir.

İnsanlar yaşayış yerlərini vacib olmadığı təqdirdə tərk etməməli, karantin rejiminə əməl olunmalıdır. Hazırkı vəziyyətdə yoluxmanın yüksək olduğundan vətənadaşlarımız ehtiyat tədbirlərini əldə verməməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu