Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib




2001-ci ildə Ümummili lider Heydər Əliyevin təsdiq etdiyi “Yod çatışmazlığı xəstəliklərinin prafilaktikası” haqqında qanun layihəsinin tələblərinə uyğun olaraq inşa edilən və cənab Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə istismara verilən Masazır Duz Zavodunun fəaliyyətə başlaması ilə ölkənin yüksək keyfiyyətli məhsulla təmin edilməsi və yod çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.




“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” və “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi” Dövlət Proqramlarına uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyinin Masazır Duz Zavodu,bütün dünya iqtisadiyyatını iflic edən koronavirus pandemiyası dövründə də insanların məşğulluğunun təmin edilməsinə öz töhfəsini verərək, tək Masazır deyil, ətraf qəsəbələrdə də yüzlərlə insanın məşğulluğunun təmin edilməsində vacib rol oynayır.
Bu il uğurlu fəaliyyətinin 10 ili tamam olan Masazır Duz zavodunda duz tədarükü mövsümünə başlanılıb. Hər il olduğu kimi Masazır, Saray və Novxanı sakinlərindən təşkil olunan 200 tədarükçü duz yığımına cəlb olunub. Qədim duzçuluq ənənələrinə malik olan sakinlər tərəfindən Mirzəladi gölündən yığılan duz sənayedə - buzlaşmanın qarşısının alarkən yollarda, gön dəri sənayesində, heyvandarlıqda, neft-kimya sənayesində, istixanalar və digər sahələrdə istifadə olunur.
Bununla bərabər Masazır Duz zavodunda tam avtomatlaşdırılmış qaydada, insan əli toxunmadan, qida duzları da istehsal edilir. Burada istehsal olunan “Azərduz”, “Salute”, “Alfa” ekstra növ qida duzları və tablet duzları ölkə daxilində yüksək qiymətləndirilməklə bərabər Kanada, Avropa ölkələri, Rusiya, Qazaxıstan, Gürcüstan, Orta Asiya ölkələrinə də ixrac edilir. Nəticədə ölkəmizdən valyuta axının qarşısının alınması və ixrac potensialının artırılmasına mühüm töhfə verilir.
Qeyd edək ki, ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur. Tədarük mövsümü bu ilin oktyabrın sonlarınadək davam edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu