"İşıq pulu" ilə bağlı şikayətlər böyüyür: Tanınmış simalar da narazılıq edir




Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun "şişirdilməsi" iddiaları ətrafında müzakirələr kütləvi hal almağa başlayıb.



Vətəndaşlar “Azərişıq” ASC-nin fəaliyyətindən narazılıqlarını bildirir. Artıq sözügedən məsələ ilə bağlı şikayətlərə tanınmış media nümayəndələri və digər ictimai xadimlər də qoşulub.

Şikayəçilərin əksəriyyəti iddia edir ki, hər ay olduğu kimi enerji sərf etmələrinə baxmayaraq, daha artıq məbləğdə borc yazılıb. Hətta bəzi vətəndaşlar olduğundan 2-3 qat artıq borc yazıldığını söyləyib.

AFN “MediaPost”a istinadən xəbər verir ki, şikayətçilərin iddiasına görə, qurum qiymətləri özü dəyişib.

Məsələ ilə bağlı ötən həftə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “MediaPost”a açıqlama verib. O açıqlamasında bildirib ki, bu cür şikayətlər hər il olur: “Bunlar əsassız məlumatlardır. Qiymətləri sayğac kodları ilə də müəyyənləşdirmək olar. Bunun üçün vətəndaşlar azerishiq.az saytına daxil olaraq bunun vasitəsilə nə qədər sərfiyyat olub və ödənişlərlə bağlı bütün məlumatları əldə edə bilərlər. Bu, tam açıq və şəffaf bir sistemdir”.

Qurum bu iddiaların əsassız olduğunu bildirsə də, hər gün işıq borclarının artıq olması ilə bağlı şikayətlərin sayı artır. Hələ ki, problem öz həllini tapmayıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu