TƏCİLİ: Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı - VİDEO
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.
Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.
Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.
https://reportyor.az/son-xeber/7431-canli-yayim-zamani-edliyye-nazirliyi-yanmaga-basladi.html