Prezidentin köməkçisindən toyların keçirilməsi ilə bağlı açıqlama
“Şənbə və bazar günləri dərslər olmur. Şənbə və bazar günləri sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda nəqliyyatın hərəkəti ona görə məhdudlaşdırılır ki, yoluxma artmasın”.
AFN xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər: “Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir.