“Türkiyə Azərbaycanın yanındadır!” - Ərdoğanın sözçüsü
“Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” səhifəsində yazıb:
“Ermənistan Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribata dərhal “dur” deməlidir. Türkiyə Azərbaycanın yanındadır. Hücumlar nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.