Çavuşoğlu: "Sən çox yaşa Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"
“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə söyləyib.
“Yazıçı Sezai Karakoç belə deyərdi:
“Onlar sanırlar ki, biz sussaq məsələ qalmayacaq.
Halbuki biz sussaq, tarix susmayacaq.
Tarix sussa, həqiqət susmayacaq”, - nazir qeyd edib.
Mövlud Çavuşoğlu həmçinin Azərbaycan himnindən də bir parça səsləndirib:
“Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.