Livan hökumətini qurmaq yenə Saad əl-Həririyə tapşırıldı


Livanın prezidenti Mişel Aun baş nazir vəzfəsinə Saad Əl-Həririni təyin edib.



“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə iştirak edənlərin çoxu Əl-Həririni dəstəkləyib.

Onun başlıca vəzifəsi hökuməti formalaşdırmaqdır. Əl-Həririnin sələfi Mustafa Adib iranyönlü “Hizbullah” təşkilatı və “Amal” hərəkatının tələbi səbəbindən hökumət qura bilmədi. Bu qurumlar maliyyə naziri postunun onlara verilməsini istəyirdi.

Qeyd edək ki, Saad əl-Həririyə hökuməti formalaşdırmaq üçüncü dəfədir həvalə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu