İran neft ixracının həcmini açıqladı


"Bu il martın 20-dən indiyədək İranın gündəlik neft ixracatı 600-700 min bareldir".



AFN “Fars”a istinadən xəbər verir ki, bunu İran Plan və Büdcə Təşkilatının sədr müavini Həmid Pürməhəmmədi bildirib.

Bundan əvvəl vise-prezident İshaq Cahangiri bildirmişdi ki, ABŞ sanksiyalar vasitəsilə İran neft ixracını sıfırlamaq istiqamətində səy göstərsə də, buna nail olmayıb.

ABŞ İran nüvə proqramına dair sazişi 2018-ci ildə tərk etməsindən əvvəl rəsmi Tehran gündə 2 milyon bareldən çox neft ixrac edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu