Prezidentin köməkçisi: "Hazırda 919-dan artıq hərbçimizin müalicəsi davam etdirilir”
“Koronavirusun artma tendenisyasını nəzərə alaraq Azərbaycanda sərtləşdirilmə ilə bağlı qərarlar qəbul edilib. Burada əsas məqsəd insanların sağlamlığının qorunması və yoluxmaların sayının azaldılmasıdır”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, səhiyyə sisteminin üzərinə düşən yükün də azaldılması vacib bir şərtdir: “Sentyabrın 27-dən səhiyyə sistemimiz 2 cəbhədə fəaliyyət göstərib. Hazırda xəstəxanalarda 919-dan artıq əsgər və zabitlərimizin müalicəsi davam etdirilir”.